...

Azərbaycan XİN başçısı Gürcüstan səfirini qəbul edib

Siyasət Materials 3 Aprel 2007 21:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Aprelin 3-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiriNikolas Natbuladzeni qəbul edib. Bu barədə Trend XİN-in məlumatına əsasən xəbər verir.

Görüşün əvvəlində etimadnamələrinin surətini təqdim edən qonaq Gürcüstan xarici işlər nazirinin salamlarını çatdırıb və ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu ifadə edib. Qonaq həmçinin iki dövlət arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

Nazir Elmar Məmmədyarov iki xalq arasında dostluq, qardaşlıq əlaqələrinin iki tərəfin həyata keçirdiyi birgə iri layihələr hesabına daha da möhkəmləndiyini vurğulayıb. Nazir tərəflər arasında yüksək səviyyəli etimadın yaranmasında dövlət başçılarının mühüm rolunu qeyd edib, Azərbaycan və Gürcüstanın birgə iştirak etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars layihələrinə toxunub.

Xəbər lenti

Xəbər lenti