...

Azərbaycan əsgərlərinin əsir götürülməsi məsələsi AŞPA-da qaldırılacaq

Siyasət Materials 4 Aprel 2007 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan əsgərlərinin Ermənistan tərəfindən əsir götürülməsi və casusluğa cəlb olunması məsələsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprel ayında keçiriləcək yaz sessiyasında qaldırılacaq. Bu barədə çərşənbə günü Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elmira Axundova məlumat verib.

E.Axundova qeyd edib ki, AŞPA-nın qarşıdan gələn sessiyasında casusluq fəaliyyəti və bu işlə bağlı ədalətli məhkəmənin qurulması məsələsi müzakirə olunacaq.

"Bu məsələ Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki Ermənistan ölkəmizə qarşı həmişə casusluq fəaliyyəti ilə məşğul olub. Son 2 ayda Azərbaycan ordusunun bir neçə əsgəri ermənilər tərəfindən əsir götürülüb və orada saxlanıldıqları müddətdə casus fəaliyyəti ilə məşğul olmağa təhrik edilib. Həmin əsgərləri psixlolji təsir altına salaraq Azərbaycana göndərirlər ki, ermənilərə casusluq etsinlər", -deyə Elmira Axundova vurğulayıb.

Millət vəkili qeyd edib ki, 90-cı illərdə ermənilərin təsiri altına düşən və onlara işləyən şəxslər Azərbaycanda terror aktları törədiblər.

Onun fikrincə, bu kimi faktların AŞPA deputatlarının diqqətinə çatdırılması vacibdir. Ona görə də bu məsələni qurumun sessiyasında qaldıracaqlar.

Xəbər lenti

Xəbər lenti