...

AŞPA-nın yaz sessiyasının gündəliyi elan olunub

Siyasət Materials 4 Aprel 2007 18:55 (UTC +04:00)

Fransa,Strasburq/müxbir Trend E.Məcidli/Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloyd tərəfindən hazırlanmış məruzə aprelin 16-da AŞPA-nın yaz sessiyasında müzakirə olunacaq.

Trend in Strasburqdakı xüsusi müxbirinin məlumatına əsasən, məruzə həmməruzəçilər tərəfindən təqdim olunacaq. Parlamentarilər tərəfindən məruzəyə düzəlişlərin edilməsinin son tarixi 16 aprel saat 12:00-dır.

Aprelin 16-dan 20-nə qədər keçiriləcək AŞPA-nın yaz sessiyasının gündəliyində digər vacib məsələlərlə yanaşı Avropada insan haqları və demokratik vəziyyət, Çernoqoriyanın Avropa Şurasına qəbulu, casusluq və dövlət sirrinin açılması üzrə cinayət işlərinə məhkmələrdə ədalətli baxılması problemləri, kontrafaksiyanın qarşısının alınması, həmçinin Avropada dərman preparatlarının keyfiyyətinin təmin olunması məsələləri də var.

Xəbər lenti

Xəbər lenti