...

İrandan Azərbaycana mühacir statistikasında artım müşahidə olunmur

Siyasət Materials 10 Aprel 2007 15:39 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/İranın nüvə proqramı ətrafında vəziyyət və mümkün hərbi əməliyyatların başlayacağı barədə məlumat hələ ki, İrandan Azərbaycana mühacir statistikasına təsir etməyib. Bu barədə BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin mətbuat katibi Sahib Məmmədov İran vətəndaşlarının böyük sayda Azərbaycan sərhədində toplanması və qonşu dövlətdə sığınacaq tapmaq arzusunda olması barədə rəsmən təsdiqlənməmiş məlumatı şərh edərkən məlumat verib.

Onun sözlərinə görə, nümayəndəliyin işi adi rejimdə davam edir və Ali Komissarlığın Bakı ofisinə heç bir əlavə müraciət daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti