...

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib

Siyasət Materials 11 Aprel 2007 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Çilinin paytaxtı Santyaqo şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası keçirilib. Assosiasiya dünyanın müxtəlif ölkələrinin 120 hüquq-mühafizə orqanını birləşdirir. Tədbirdə qurumun İcraiyyə Komitəsinin üzvü, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov iştirak edib. Bu barədə çərşənbə günü Trend ə Ədliyyə Nazirliyindən məlumat verilib.

İclasda mühüm təşkilatı məsələlərə baxılıb, İcraiyyə Komitəsi üzvlərinin hesabatları dinlənilib. Qurumun fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər müzakirə edilib, Assosiasiyanın Azərbaycan tərəfindən aparılan rus dilində internet saytının yeniləşmiş versiyasının təqdimatı keçirilib.

İclasda İcraiyyə Komitəsinin səlahiyyət müddəti bitmiş üzvlərinin yerinə seçkilər keçirilib. Gizli səsvermə nəticəsində Azərbaycanın ədliyyə naziri 4-cü dəfə yekdilliklə İcraiyyə Komitəsinin üzvü seçilib.

Ölkəmizdə məhkəmə-hüquq islahatlarının aparılması, yeni məhkəmə binalarının və cəzəçəkmə müəssisələrinin inşası ilə bağlı Fikrət Məmmədov səfər çərçivəsində Çilinin aidiyyatı qurumlarının fəaliyyəti ilə yaxından tanış olub, səmərəli təcrübə mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti