...

Azərbaycan prezidenti ölkənin yəhudi icmasına başsağlığı verib

Siyasət Materials 13 Aprel 2007 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev ölkənin yəhudi icmasına İkinci Dünya müharibəsi zamanı yəhudi xalqına qarşı törədilmiş soyqırımla bağlı başsağlığı verib. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Bu münasibətlə ünvanlanmış məktubda bildirilir ki, məlum faciə nəticəsində milyonlarla mülki əhali, o cümlədən qocalar, qadınlar, uşaqlar xüsusi amansızlıqla və kütləvi şəkildə məhv edilərək faşizmin qurbanı olub. "1943-cü ilin aprelində Varşava gettosunda saxlanan yəhudi məhbuslar faşizmə, etnik-dini ayrı-seçkiliyə qarşı üsyana qalxmış, qeyri-bərabər ölüm-dirim mübarizəsində öz milli mənliyi, insani ləyaqəti və şərəfi uğrunda canlarını fəda etmişlər. Tarixdə Yəhudi xalqının müsibəti və qəhrəmanlığı günü kimi əbədiləşən bu hadisə hər il mütərəqqi dünya ictimaiyyəti tərəfindən ehtiramla qeyd edilir, soyqırımı qurbanlarının xatirəsi ürək ağrısı ilə yad olunur".

Prezident son iki əsrdə azərbaycanlıların da ermənilər tərəfindən soyqırım, deportasiya, etnik təmizləmə kimi dəhşətli faciələri öz taleyində yaşadığını da qeyd edib.

Xəbər lenti

Xəbər lenti