...

Azərbaycanın müxalifət partiyası Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

Siyasət Materials 18 Aprel 2007 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) aprelin 27-də İranın Azərbaycandakı Səfirliyinin binası qarşısında piket keçirilməsinə icazə verilməsi üçün bu gün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. AMİP sədrinin təbliğat və mətbuat katibi Əli Orucov çərşənbə günü bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti piketə icazə vermədiyi halda da, AMİP piket keçirməkdə israrlıdır.

AMİP Cənubi Azərbaycanda insan haqlarının pozulmasına son qoyulması tələbi ilə İran səfirliyi qarşısında bir neçə dəfə icazəsiz piket keçirib. Sonuncu dəfə AMİP martın əvvəllərində İran səfirliyi qarşısında piket keçirməyə nail olub.

AMİP 1991-ci ildə yaranıb. Sağ-mərkəzçi müxalifət partiyasıdır və Beynəlxalq Demokrat İttifaqının üzvüdür.

Xəbər lenti

Xəbər lenti