Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli / Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 25-dən 26-na keçən gecə saat 00.15-dən 00.35-dək Ağdam rayonunun Şıxlar və saat 04.20-dən 04.45-dək Cəvahirli kəndləri istiqamətindəki mövqelərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Ermənistan Silahlı Qüvvələri eyni vaxtda Qazax rayonunun Məzəmli kəndində də atəşkəsi pozub. Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq