...

Bakıda "Tolerantlıq və qarşılıqlı anlaşmanın təşviqində KİV-in rolu" beynəlxalq konfransı öz işinə başlayıb

Siyasət Materials 26 Aprel 2007 11:46 (UTC +04:00)
Bakıda "Tolerantlıq və qarşılıqlı anlaşmanın təşviqində KİV-in rolu" beynəlxalq konfransı öz işinə başlayıb

Azərbaydjan, Bakı /müx. Trend S.Ağayeva/ Terrorçuluq və islam Avropa üçün sinonim sözlər olmamalıdır və müsəlman dövlətləri bu fikirləri dağıtmalıdırlar. Bu sözləri cümə axşamı Bakıda "Tolerantlıq və qarşılıqlı anlaşmanın təşviqində KİV-in rolu" mövzusunda keçirilən üçgünlük beynəlxalq konfransın açılışında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Ölkəmizin bütün dinlərə və dəyərlərə hörmət edilməsinin tərəfdarı olduğunu deyən nazir qeyd edib ki, tarixən Azərbaycan regionda tolerantlığın əsası olub, ölkə rəhbərliyi isə digər dinlər və milli azlıqlara münasibətdə tolerantlıq siyasəti yürüdür. Məmmədyarov həmçinin mədəniyyətlər arasında dialoqun və tolerantlığın vacibliyini önə çəkib. "Bunsuz bölgədə sülh mümkünsüzdür. Əgər islam dövlətləri Avropa ilə dialoq yarada bilsələr, formalaşmış mənfi rəyi dağıda bilərik" - deyə o vurğulayıb.

Qeyd edək ki, sözügedən konfransın təşkilatçıları Azərbaycan XİN-lə İslam Konfransı Təşkilatıdır. İlk iki gündə forum keçiriləcək. Bu forum çərçivəsində çağırışlar-qarşılıqlı anlaşma problemləri; dözümlük qarşılıqla anlaşma vasitəsi kimi; dövlət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlaşma və təhsil kimi mövzularda müzakirələr aparılacaq.

Forumun işində 150 nəfərədək şəxs iştirak edir. Onların arasında İKT-nin baş katibi Əkmələddin İhsanoğlu, Rumıniyanın sabiq prezidenti İon İliyesku, Malaziyanın sabiq baş naziri Maxatxir Məhəmməd, Sloveniyanın xarici işlər naziri Dmitri Rupel, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti və digər şəxslər var. İştirakçılar arasında həmçinin Amerika, Avropa, Asiya, islam dövlətlərinin nümayəndələri, o cümlədən CNN, BBC, İTAR-TASS, Sinxua agentliklərinin, habelə "Fiqaro", "Vaşinqton post", "Di Üayt", "El Pais" kimi qəzetlərin təmsilçiləri yer alıb.

Konfransın açılışında Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov prezidentin tədbir iştirakçılarına müraciətini oxuyub.

Xəbər lenti

Xəbər lenti