Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ "Xəzər Qayğıkeşlik" Klinikasının həkimləri Gəncədə gözün ön və arxa qişasında müvafiq xəstəliklərin cərrahi yolla müalicəsini həyata keçirir. Bu məqsədlə Gəncədə olan sözügedən klinikanın peşəkar oftomoloqları aztəminatlı ailələrdən çəpgözlük, mirvari suyu, qlaukoma (yüksək göz təyziqi) xəstəlikləri olan uşaqların müyainəsini aparıblar. Görülən işlər "Xəzər Qayğıkeşlik" layihəsi çərçivəsində "VVorld Vision" təşkilatının ayırdığı 100 min ABŞ dolları vəsait hesabına həyata keçirilir. Bu barədə məlumat verən sözügedən layihənin koordinatoru Rüstəm Əliyevin sözlərinə görə, müayiənədən 70-dən artıq uşaq keçib ki, onlardan da 16-sı cümə və şənbə günləri Gəncə şəhər 3 saylı xəstəxanada cərrahiyyə əməliyyatı olunacaqlar.
"Müraciət edənlər həddindən artıq çoxdur. Lakin vaxt məhdudiyyəti oluduğuna görə onların hamısı cərrahiyyə əməliyyatı oluna bilməyəcəklər. Biz onların adlarını gözləmə kağızına salmışıq və onlar növbəti dəfə əməliyyat olunacaqlar". R. Əliyevin sözlərinə görə, analoji tədbir Gəncədən sonra Goranboyda keçiriləcək. Payızda isə belə aksiya Tovuz rayonunda təşkil olunacaq.