...

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının müraciətinə cavab verdi

Siyasət Materials 27 Aprel 2007 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının aprelin 29-da keçirəcəyi yürüş-mitinqlə bağlı müraciətinə cümə günü cavab verib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Paytaxt rəhbərliyi Müsavatın yürüş-mitinq keçirməsinə icazə verib.

Müsavat Partiyası Azərbaycanda enerjidaşıyıcılarının, kommunal xidmətlərin və digər sahələrdə qiymət artımına etiraz edir. Bununla əlaqədar aprelin 29-da saat 16.00-dan 18.00-dək Bakı metrosunun "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşlə başlayaraq "Ukrayna" meydanında mitinq keçiriləcək.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti