...

Politoloq: ABŞ-ın İrana hərbi müdaxiləsi nüvə problemini həll etməyəcək

Siyasət Materials 1 May 2007 17:23 (UTC +04:00)

ABŞ,Vaşinqton/müxbir Trend A.Qara/ABŞ-ın İrana hərbi müdaxiləsi bu ölkə ətrafında nüvə problemini həll edə bilməz, daha doğrusu, bu problemi daha da çətinləşdirər. Karnegi Moskva Mərkəzinin direktor müavini Dmitri Trenin belə hesab edir.

Vaşinqtonda Trend ə müsahibəsində o, İrana hərbi müdaxilənin olmayacağına ümidvar olduğunu bildirib, lakin eyni zamanda bunu istisna etməyib. "Bizim fikrimizcə, bu missiyanı həll edə bilməyəcək hərbi müdaxilədən başqa hələ də daha effektiv yolla nüvə probleminin həllini tapmaq şansımız var. 1991-ci ildə İsrailin HHQ-i İraqda Osirak nüvə reaktorunu effektiv məhv edib, lakin bu problemi qısa dövr ərzində aradan qaldırıb. Bu gün texniki səbəblər üzündən bu əməliyyatı idarə etmək çox çətindir", - deyə politoloq bildirib.

Treninin fikrincə, Azərbaycan, Ermənistan və Gürcüstanın hərbi hücuma cəlb olunması tam realdır. "Fikirləşmirəm ki, Azərbaycan hərbi hücum olduqda ABŞ-la sıx əməkdaşlıq edəcək", deyə o bildirib. "ABŞ-ın siyasəti dəyişir, lakin geosiyasi qonşuluq dəyişmir. Eyni zamanda Ermənistan bu məsələdə Azərbaycan kimi ABŞ-a elə də yaxın deyil. Gürcüstan İran qazına Rusiya qazına alternativ kimi baxır, lakin bu məsələdə ABŞ-la əməkdaşlıq Gürcüstan-İran münasibətlərinə zərbə vuracaq".

Ekspert davam edib ki, İrana qarşı hərbi hərəkətlər qarışıqlıq yaradacaq. Bu, regiondakı vəziyyəti dəyişəcək, lakin yaxşı tərəfə yox. "Rusiya bu hücumdan kənarda olacaq, o, İranın qoşunlarını dəstəkləməyəcək, lakin hərbi hərəkətləri müzakirə edəcək. Hərbi hərəkətlər heç kəsi xoşbəxt etməyəcək və İranın nüvə problemini həll etməyəcək. Ümid edirəm ki, ABŞ maneə, qarşısını almaq, sülh, yanaşı yaşamaq elementlərinin olacağı başqa yolu sınamağa qərar verəcək", - deyə o əlavə edib.

Treninin sözlərinə görə, İran regionun ən böyük dövlətidir və belə olaraq qalır. "O, çoxəsrlik ənənələrinə riayət edən dünya ölkələrindən biridir və fikirləşmək olmaz ki, İranı uzun müddət sındırmaq olar. İran yüksəliş yolundadır, buna görə də hazırda regionun təhlükəsizliyi və çiçəklənməsi üçün sabitləşdirici qüvvəyə çevirmək üçün onun inteqrasiyası məsələsi dayanır",- deyə Dmitri Trenin yekun vurub.

Xəbər lenti

Xəbər lenti