...

AŞPA-dakı nümayəndə heyətinin üzvü: "Beynəlxalq təşkilatlar Amnistiya aktının qəbulunu yüksək qiymətləndirəcəklər"

Siyasət Materials 1 May 2007 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Beynəlxalq təşkilatlar Amnistiya aktının qəbul olunmasını yüksək qiymətləndirəcəklər. Bu barədə çərşənbə axşamı Bakıda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti sədrinin müavini, millət vəkili Gültəkin Hacıyeva bildirib.

O qeyd edib ki, Azərbaycan cəmiyyətində Amnistiya aktı ilə bağlı çox böyük gözləntilər var idi: "Heç də təsadüfi deyil ki, belə bir akt Heydər Əliyev Fondundan gəldi. Cəmiyyətimizdə mövcud olan problemlərin aradan qaldırılması, milli həmrəyliyin yaranması, vətəndaş barışığının daha da inkişaf etdirilməsi baxımından çox böyük töhvə olacaq".

Siyasi məhbuslarla bağlı maddələrin sənədə salınmamasına münasibətində G.Hacıyeva vurğuladı ki, Avropa Şurasında siyasi məhbuslar kimi üç nəfərin adı hallanır. Onlar da qatı cinayətkarlardır və törətdikləri əməllər sübuta yetirilib.

Azərbaycanda siyasi məhbus problemi olmadığına görə bu məsələ Amnstiya aktına da salına bilməzdi.

Xəbər lenti

Xəbər lenti