...

Azərbaycan və Mərakeş XİN-ləri saziş imzalayacaqlar

Siyasət Materials 2 May 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / Azərbaycan xarici işlər işlər naziri Elmar Məmmədyarovun Mərakeşə planlaşdırılan rəsmi səfəri zamanı "Diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında" saziş imzalanacaq. Bu barədə çərşənbə günü Mərakeşdən Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Anar Mədətli məlumat verib.

Azərbaycan XİN başçısının Mərakeşə bu gün gecə gələcəyi gözlənilir. Rəsmi görüşlərin isə sabah keçiriləcəyi nəzərdə tutulur. Səfər çərçivəsində Məmmədyarov mərakeşli həmkarı Məhəmməd Benayssa, parlamentin yuxarı palatasının sədri Mustafa Ukaça, baş nazir İdris Cetun, energetika və təbii ehtiyatlar naziri Məhəmməd Butaliblə görüşəcək.

Azərbaycan XİN rəhbəri həmçinin İSESCO-nun yaranmasının 25 illiyinə həsr olunmuş tədbirə qatılacaq və bu qurumun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüş keçirəcək.

Səfər çərçivəsində Məmmədyarovun Mərakeşin Fes və Kasablanka şəhərlərinə gedəcəyi də nəzərdə tutulur. Kasablankada Məmmədyarov İslam ticarət inkişafı mərkəzinə baş çəkəcək.

Mayın 5-də Azərbaycan XİN rəhbəri Mərakeşdən Misirə gedəcək. Qeyd edək ki, mayın 6-da Azərbaycan prezidenti İlham Əliyev Misirə rəsmi səfər edəcək.

Xəbər lenti

Xəbər lenti