...

Azərbaycan prezidenti Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 4 May 2007 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev "1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi haqqında" sərəncam imzalayıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Sərəncamda bildirilir ki, 1941-1945-ci illər müharibəsində qələbənin 62-ci ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarına 100 manat, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə 50 manat məbləğində birdəfəlik maddi yardım edilsin.

Bu məqsədlə 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti