...

Azərbaycanın Gəncə şəhərində Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə anım mərasimi keçirilib

Siyasət Materials 5 May 2007 11:02 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə sabiq prezident Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən anım mərasimində şəhərin icra başçısı Eldar Əzizov bəyan edib ki, Gəncədə Əliyevin siyasi irsi daha geniş təbliğ olunacaq. Gəncə Dövlət Dram Teatrında təşkil olunan anım mərasimində icra başçısı bildirib ki, ümummilli liderin anadan olmasının ildönümü ilə bağlı Gəncədə bir sıra tədbirlər keçiriləcək.

"Əvvəlki illərdən fərqli olaraq bu il təşkil olunacaq tədbirlərdə gənclərin ümummilli liderin siyasi kursu ilə bağlı maarifləndirilməsi yönündə tədbirlər gücləndiriləcək" - deyə Əzizov bildirib.

Gəncədə Əliyevin ad günü ilə bağlı silsilə tədbirlər mayın 11-dək davama edəcək.

Azərbaycanın Gəncə şəhəri paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir. Azərbaycanın ikinci ən böyük sənaye şəhəri sayılır. Əhalisi 400 minə yaxındır.

Xəbər lenti

Xəbər lenti