...

GUAM milli koordinatorları dövlət başçılarının sammitinə təqdim olunacaq sənədlər layihəsini razılaşdırıblar

Siyasət Materials 5 May 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM"a üzv ölkələrin milli koordinatorları 19 iyun Bakıda keçiriləcək dövlət başçıları sammitində baxılmaq üçün təqdim olunması planlaşdırılan Bəyannamə və bir sıra sənədlərin layihəsini razılaşdırıblar. Şənbə günü XİN mətbuat katibi Xəzər İbrahimin verdiyi məlumata görə, bununla da GUAM milli koordinatorlarının Bakı görüşü sona çatıb. Diplomatlar iqtisadi əməkdaşlıq, multimodal daşımalar, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi, həmçinin nüvə əməkdaşlığına dair sənədləri razılaşdıra biliblər.

Milli koordinatorlar həmçinin təşkilatın sədri kimi Azərbaycanın gələcək fəaliyyət planını nəzərdən keçiriblər.

Təşkilatın informasiya ofisindən verilən məlumata görə, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın milli koordinatorları təşkilatın xarici işlər nazirləri Şurasının toplantısı (18 iyun) ərəfəsində, 16-17 iyun tarixlərində növbəti dəfə görüşəcəklər.

Xəbər lenti

Xəbər lenti