...

Parlament "Azərbaycan Qızıl Aypara  Cəmiyyəti  haqqında" qanun  layihəsini qəbul edib

Siyasət Materials 8 May 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Azərbaycan Qızıl Aypara  Cəmiyyəti  haqqında" qanun  layihəsi üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib ki, "Azərbaycan Qızıl Aypara  Cəmiyyəti  haqqında" qanun  layihəsi  parlamentdə ikinci oxunuşda qəbul olunduqdan sonra verilən təkliflər əsasında layihə xeyli təkmilləşdirilib.

Komissiya sədri bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ildə yaradılıb və uzun illərdir ki, qeyri-hökumət təşkilatı kimi təqdirəlayiq humanitar fəaliyyət göstərir. Ötən illər ərzində artıq təşkilatın ənənələri formalaşıb, müstəqillik illərində də bu missiya uğurla davam etdirilib. O deyib ki, qanun layihəsi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin daha da inkişafına xidmət edir və bu sənəd təşkilatın fəaliyyətinin hüquqi tənzimlənməsində mühüm rol oynayacaq.

Qanun layihəsi Qızıl Aypara Cəmiyyətinin statusu, hüquqları və fəaliyyət istiqamətləri, cəmiyyətin dövlət və yerli özünüidarə orqanları ilə   qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyənləşdirir. Qanun layihəsini  8 maddədən ibarətdir. Qanuna əsasən, Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlət tərəfindən maliyyələşdiriləcək. Müzakirələrdən sonra "Azərbaycan Qızıl Aypara  Cəmiyyəti  haqqında" qanun  layihəsi sonuncu- üçüncü oxunuşda qəbul olunub.

Xəbər lenti

Xəbər lenti