...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal qiymətləri artıb

Siyasət Materials 14 May 2007 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Aprel ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal qiymətləri ötən aya nisbətən 1,7 faiz artıb.

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bir ay müddətində bitkiçilik, bağ və bostan məhsullarına görə qiymət indeksi 1 faiz, heyvandarlıq sahəsində isə 2,2 faiz artıb.

Dənli bitkilərin istehsalı üzrə qiymətlər 0,1, kartof üzrə isə 2,7 faiz artıb.

Tərəvəzin qiyməti 0,1 faiz, meyvə və sitrus bitkiləri 1,6 faiz bahalaşıb. Süd və iri buynuzlu mal-qaranın qiyməti müvafiq olaraq 3,8 və 0,1 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti