...

Milli Məclis Ailə Məcəlləsində dəyişiklik edəcək

Siyasət Materials 15 May 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ailə Məcəlləsinə dəyişikliklər ediləcək. Bu barədə çərşənbə axşamı Bakıda Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib.

Komissiya sədri dəyişikliklərin nədən ibarət olacağını açıqlamayıb. Bunu müzakirələrin başa çatmaması ilə əlaqələndirib.

Onun sözlərinə görə, Əmək Məcəlləsində də yeniliklərin edilməsi gündəmdədir.

Bundan əlavə, Sosial siyasət komissiyası tərəfindən "Sosial sifariş haqqında", "Milli idman oyunları haqqında", "Çoxuşaqlı ailələrin sosial müdafiəsi haqqında", "Mərasimlər haqqında" qanun layihəsinin üzərində iş gedir.

"Biz Milli Məclisə də müraciət etmişik ki, hansı deputat sosial yönümlü qanun layihəsi hazırlayıbsa, müzakirə etməyə hazırıq. Əvvəllər ölkənin maliyyə durumu yüksək olmadığı üçün maliyyə tutumlu məsələlər haqqında qanun layihələrini qəbul etməmişik. Bu gün isə ölkəmiz inkişaf etdikcə, belə qanunları qəbul etməyə başlamışıq". "Biz Milli Məclisə də müraciət etmişik ki, hansı deputat sosial yönümlü qanun layihəsi hazırlayıbsa, müzakirə etməyə hazırıq. Əvvəllər ölkənin maliyyə durumu yüksək olmadığı üçün maliyyə tutumlu məsələlər haqqında qanun layihələrini qəbul etməmişik. Bu gün isə ölkəmiz inkişaf etdikcə, belə qanunları qəbul etməyə başlamışıq".

Xəbər lenti

Xəbər lenti