...

Bu il Azərbaycan seçicilərinin sayı 90 min nəfərə qədər artıb

Siyasət Materials 21 May 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda səsvermə hüququ olan seçicilərin sayı dörd milyon 683 min 400 (4.683.400) nəfərdir. Bu barədə bazar ertəsi Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib.

Mənahov bildirib ki, hər il yanvar ayından başlayaraq ölkə üzrə seçicilərin siyahılarında dəqiqləşmə işlərinə başlanılır. Bu il də həmin proses aparılıb və artıq başa çatdırılıb. Pənahovun sözlərinə görə, ötən illərlə müqayisədə Azərbaycan seçicilərinin sayı 82 min 500 nəfər artıb. Onlardan 45 mindən çoxu kişi, 37 mindən çoxu isə qadındır.

MSK-nın bazar ertəsi keçirilən iclasında ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin yekunlaşdırılmasına dair qərar qəbul edilib. Seçici siyahılarını MSK-nın rəsmi İnternet səhifələrində yerləşdirmək qərara alınıb.

Xəbər lenti

Xəbər lenti