...

Müxalifətyönlü partiyanın sədri seçkilərdə yeganə namizəd olacaq

Siyasət Materials 23 May 2007 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ədalət Partiyasının növbəti dördüncü qurultayında İlyas İsmayılov yenidən partiya sədrliyinə namizəd olacaq. Bu barədə partiyanın sədr müavini Mütəllim Rəhimli məlumat verib.

Onun sözlərinə görə, qurultayın iyunda keçirilməsi gözlənilir. Hazırda partiyanın bütün rayon təşkilatlarının yarıdan çoxunda qurultaya hazırlıq üzrə konfrans keçirilib.

Qurultayda Ədalət Partiyasının seçkili orqanlarının hesabatı dinləniləcək, növbəti qurultaya qədər partiyanın strategiyası müəyyənləşəcək, Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvləri və Ali Məclis üzvlərinin üçdə biri seçiləcək. Rəhimlinin sözlərinə görə, Ədalət Partiyasının indiki sədri İsmayılov yenidən bu posta namizəd olacaq. Ona alternativ olaraq namizədliyini irəli sürənlərlər isə yoxdur.

Qeyd edək ki, müxalifətçi Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cu ildə ADP-yə birləşib. 2000-ci ildə "Ədalət"çilər ADP-dən ayrılaraq partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyək Ədalət Partiyasına İlyas İsmayılov sədrlik edir. İsmayılov 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub və hazırda Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti