...

Azərbaycan prezidenti Moskva Dövlət Universitetinin rektorunu qəbul edib

Siyasət Materials 24 May 2007 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti Ilham Əliyev cümə axşamı Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçini qəbul edib.

Prezident Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əlaqələrin uğurla inkişaf etdiyini, Moskva Dövlət Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlığın bu əlaqələrin daha da genişləndirilməsi işinə öz töhfəsini verdiyini bildirib.

Viktor Sadovniçi ölkəmizə yenidən səfər etməkdən məmnunluğunu ifadə edib, xalqımızın ümummilli lideri ilə dəfələrlə görüşdüyünü xatırlayan qonaq Heydər Əliyevin hələ Sovet Ittifaqı dövründə Moskvada yüksək dövlət vəzifəsində çalışarkən təhsilin inkişafına böyük diqqət və qayğı göstərdiyini xatırladıb. Viktor Sadovniçi rəhbərlik etdiyi təhsil müəssisəsi ilə Bakı Dövlət Universiteti arasında səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti