...

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti: "Payızda Azərbaycan üzrə müzakirələr keçiriləcək"

Siyasət Materials 29 May 2007 15:33 (UTC +04:00)
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti: "Payızda Azərbaycan üzrə müzakirələr keçiriləcək"

Fransa, Strasburq/ Trend müxbir A.İsmayılova/ Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin payız sessiyasınada Azərbaycana tövsiyələr üzrə müzakirələr keçiriləcək. Bunu çərşənbə axşamı Strasbuqda azərbaycanlı jurnalistlərə Konqresin prezidenti Halvdan Skard bildirib. Konqres Azərbaycana 2002-ci ildə qoşulduğu Yerli özünü idarə haqqında Avropa Xartiyasına uyğun olaraq mer seçməyi tövsiyə edib. Hazırda Bakı şəhəri İcra Hakimiyyəti rəhbəri tərəfindən idarə olunur.

2006-cı ildə Konqresin tövsiyəsinə uyğun olaraq Azərbaycanda bələdiyyələrin üç Assosiasiyası (şəhər, qəsəbə və kənd) yaradılıb. Bu qurumların məqsədi yerli özünü idarə və hakimiyyət orqanları arasında problemlərin həll olunmasıdır.

Azərbaycanın Konqresdəki nümayəndə heyəti 12 nəfərdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti