Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çərşənbə axşamı ABŞ vitse-prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cozef Vudu qəbul edib.
Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, enerji, təhlükəsizlik məsələləri və demokratik inkişaf prosesləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.