...

Avropa Şurası palatasının sədri: "Azərbaycanın Bələdiyyələr Assosiasiyası səlahiyyətlərin artırılması üçün daha çox təşəbbüs göstərməlidir"

Siyasət Materials 30 May 2007 10:57 (UTC +04:00)
Avropa Şurası palatasının sədri: "Azərbaycanın Bələdiyyələr Assosiasiyası səlahiyyətlərin artırılması üçün daha çox təşəbbüs göstərməlidir"

Fransa, Strasburq /müx. Trend A.İsmayılova/ Azərbaycandakı Bələdiyyələr Assosiasiyası səlahiyyətlərin artırılması üçün daha çox təşəbbüs göstərməldir. Bu sözləri Strasburqda Avropa Şurası Yerli Hakimiyyətlər Konqresi Palatasının sədri Yan Mikollof deyib.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti sessiyasının açılışına həsr olunmuş brifinqdə Mikollof qeyd edib ki, Konqres nümayəndələri dəfələrlə Azərbaycanda icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə verilməsi məsələsini müzakirə ediblər.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyələrinə əsasən, ötən il Azərbaycanda Bələdiyyələr Assosiasiyası yaradılıb. Şəhər, qəsəbə və kənd bələdiyyələrinin daxil olduğu bu qurum özündə 2750 bələdiyyə orqanını birləşdirir.

Xəbər lenti

Xəbər lenti