...

Orta Asiya və Qafqaz ölkələrinin QİDS və Narkomaniyaya Qarşı Mübarizəyə dair Milli Konsepsiyası hazırlanır

Siyasət Materials 31 May 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Orta Asiya və Qafqaz ölkələrinin QİDS və Narkomaniyaya Qarşı Mübarizəyə dair Milli Konsepsiyasının hazırlanması iyunun 5-9-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək beynəlxalq konfransda müzakirə ediləcək. BMT və Qazaxıstan hökumətinin təşkilatçılığı ilə keçiriləcək toplantıda Azərbaycanı deputatlar Azay Quliyev və Musa Quliyev təmsil edəcək.

Quliyev cümə axşamı bildirib ki, toplantıda Azərbaycanda bu sahədə görülən işlər və perspektivdə duran məsələlərə dair mühazirə ilə çıxış edəcək.

Azərbaycanda 18 minə yaxın narkoman və 1100-ə yaxın QİDS xəstəsi dövlət qeydiyyatındadır. Bu göstəricinin təxminən 33%-i paytaxt Bakının, 66%-i isə digər regionun payına düşür.

Xəbər lenti

Xəbər lenti