...

Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclası keçiriləcək

Siyasət Materials 6 İyun 2007 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İyunun 7-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin iclası keçiriləcək. Bu barədə çərşənbə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda ədalət mühakiməsinin effektivliyi üzrə Avropa Komissiyasının fəaliyyəti müzakirə ediləcək,  Ukraynadakı durum, eləcə də Ermənistanda son parlament seçkiləri barədə həmməruzəçilərin hesabatları dinləniləcək.

Monitorinq Komitəsinin iclasında Azərbaycanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edəcək.

Seyidov bildirib ki, iclasda Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi planlaşdırılmayıb.

Xəbər lenti

Xəbər lenti