...

Səfir: "Kuba Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır"

Siyasət Materials 6 İyun 2007 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Kuba Respublikası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ölkələr arasında iqtisadi sahədə əlaqələrin yaradılması və daha da genişləndirilməsində maraqlıdır. Bu bəyanatla çərşənbə günü Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədovla görüşündə Kubanın Rusiya və Azərbaycandakı səfiri Jorje Marti Martines çıxış edib.

Görüşdə Kuba ilə Azərbaycan arasında münasibətlərin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Əhmədov iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli şəraitin olduğunu deyib.

Müzakirələrdə YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak ediblər.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti