...

Dövlət Sərhəd Xidmətinin rəisi: "Azərbaycan sərhədlərində qanunsuz miqrasiya halları azalmağa doğru gedir"

Siyasət Materials 8 İyun 2007 17:54 (UTC +04:00)

Azərbaycan, Şəmkir / Trend müxbir İ.Əlizadə/ Azərbaycan sərhədlərində qanunsuz miqrasiya halları azalmağa doğru gedir. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev cümə günü açıqlama verib.

Quliyev qeyd edib ki, DSX-nin əsas fəaliyyət istiqamətlərindən biri qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirlərini həyata keçirmək, əsasən nəzarət buraxılış məntəqələrində belə hallara qarşı mübarizə işini təkşil etməkdir: "Bizim texniki imkanlarımızın yaxşılaşması, yerlərdə şəraitin yüksək səviyyədə təşkil olunması qanunsuz miqrasiyaya qarşı mübarizənin davamlı şəkildə həyata keçirilməsinə imkan yaradır. Bu sahə üzrə hazırda bizi naraat edəcək məqamlar yoxdur" - deyə DSX-nin rəisi qeyd edib.

Quliyev onu da deyib ki, Azərbaycan-Gürcüstan hökumətlərarası delimitasiya komissiyası fəaliyyətini davam etdirir. Quliyevin sözlərinə görə, sərhədlərdəki mübahisəli ərazilərin böyük bir hissəsi razılaşdırılıb, qalan hissə ilə bağlı danışıqlar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti