...

Azərbaycan hərbçiləri NATO-nun tədbirlərinə qatılıb

Siyasət Materials 11 İyun 2007 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bu gündən başlayaraq iyunun 15-dək Almaniyanın Frankfurt şəhərində "Münaqişə zamanı beynəlxalq hüquq" kursu, iyunun 22-dək Türkiyənin Konya şəhərində "Anadolu Qartalı 2007" adlı təlimlərə qatılıb. Bu barədə bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbçilərimiz üçün həmçinin Azərbaycan ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq iyunun 17-dən 23-dək Böyük Britaniyanın Lakenhiz şəhərində "Hava hərəkətinin idarə edilməsi" sistemi ilə tanışlıq prosesi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti