Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın müdafiə naziri Səfər Əbiyev NATO-nun tərəfdaşı olan ölkələrin müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün bu gün Brüsselə gedib. Müdafiə Nazirliyindən bildiriblər ki, toplantıda beynəlxalq terrorizmə qarşı mübarizə məsələsi müzakirə olunacaq.
NATO-nun tədbirinə Ermənistanın müdafiə naziri Mikayel Artunyan da qatılıb. Toplantı çərçivəsində Əbiyevin ikitərəfli görüşləri nəzərdə tutulub. Onun ermənistanlı həmkarı ilə görüşünə gəlincə, bu barədə məlumat verilmir.
NATO-nun bu gün başlanılan tədbiri iyunun 15-də başa çatacaq.
Azərbaycan 1994-2004-cü ilə qədər "Sülh Naminə Tərəfdaşliq" proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edib. Hazırda isə NATO-nun "Fərdi Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq davam etdirilir.