...

Ədliyyə Nazirliyi müxalifət partiyasının qeydiyyat məsələsinə baxıb

Siyasət Materials 12 İyun 2007 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ədliyyə Nazirliyi Açıq Cəmiyyət Partiyasının (ACP) dövlət qeydiyyatına alınması məsələsinə baxıb. Bu barədə çərşənbə axşamı Bakıda ACP sədri Akif Şahbazov məlumat verib.

Şahbazov qeyd edib ki, sənədləri Ədliyyə Nazirliyinə təqdim etdikdən sonra ACP nümayəndəsi nazirliyə dəvət olunub: "Sənədlər ilkin baxışdan keçirilib və ciddi nöqsan aşkarlanmayıb. Qanuna görə, nazirlik 35 gün müddətində partiyanın qeydiyyatı məsələsinə münasibət bildirməlidirlər".

Sağ-mərkəzçi müxalifət partiyası olan ACP 2007-ci ilin aprelində Azərbaycan Demokrat Partiyasından ayrılan şəxslər tərəfindən yaradılıb. Partiyanın lideri hazırda ABŞ-da mühacirətdə yaşayan Azərbaycan parlamentinin sabiq spikeri Rəsul Quliyev, sədri isə Akif Şahbazovdur. R.Quliyev 1998-ci ildən 2007-ci ilin fevralına qədər ADP-yə rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti