...

Ağ Evin mətbuat katibi: "ABŞ-la Rusiyanın PRO üzrə danışıqları üçün əsas yaranıb"

Siyasət Materials 13 İyun 2007 11:37 (UTC +04:00)
Ağ Evin mətbuat katibi: "ABŞ-la Rusiyanın PRO üzrə danışıqları üçün əsas yaranıb"

Ağ Evin mətbuat katibi Toni Snou Rusiya prezidenti Vladimir Putinin Azərbaycandakı Qəbələ RLS-nin ABŞ-la birgə istifadəsinin mümkünlüyü ilə bağlı bəyanatını irəliyə doğru konstruktiv addım kimi dəyərləndirib.

"İndi bizim danışıqlar üçün əsasımız var" - deyə Snou Vaşinqtonda jurnalistlərə bəyan edib.

"Bildiyiniz kimi, G8 sammitinədək çətinlik ondan ibarət idi ki, Rusiya istənilən raketəleyhinə müdafiə sisteminin əleyhinə çıxış edirdi. Lakin indi məlum olur ki, bu, belə deyil və biz bunu irəliyə doğru konstruktiv addım kimi dəyərləndiririk " - deyə Corc Buşun mətbuat katibi bildirib.

"Biz bunu oyun kimi nəzərdən keçirmirik, buna hamının təhlükəsizliyini təmin edə biləcək ən yaxşı sistemin axtarılıb-tapılması ilə bağlı konstruktiv cəhd kimi baxırıq " - deyən Snou xatırladıb ki, yaxın həftələrdə Rusiya və ABŞ prezidentləri yenidən Kennebankportda (Men ştatı) görüşəcəklər və məsələni müzakirə edə biləcəklər. RİA Novosti .

Snou onu da bildirib ki, Rusiyanın təklifi və PRO məsələsi ilə bağlı nazirlər və milli təhlükəsizlik məsələri üzrə müşavirlər səviyyəsində məsləhətləşmələr planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti