...

Kurort və sanatoriyalarla bağlı yeni qanun layihəsi hazırlanır

Siyasət Materials 14 İyun 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun/müx. "TrendLife" , müx. Fərid Sadıxov / Milli Məclisin Sosial siyasət daimi komissiyası ölkədəki kurort və sanatoriyalarla bağlı yeni qanun layihəsi hazırlayır. Layihədə kurort və sanatoriyaların yenidən qurulması və bərpası, bu sektorun inkişaf etdirilməsi, vətəndaşların həmin obyektlərdə istirahətinin təşkili məsələləri əks olunacaq.

Qeyd edək ki, hazırda ölkədəki sanatoriyaların bəzilərində qaçqın və məcburi köçkünlər məskunlaşıb, bəziləri isə normal fəaliyyət göstərə bilmir.

Həmkarlar İttifaqları Konfederasiyasından verilən məlumata görə, hazırda ölkədə cəmi 10-a yaxın sanatoriya fəaliyyət göstərir. Bu obyektlərdə 20 gün dincəlmək üçün birnəfərlik göndərişin qiyməti orta hesabla 400 manatdır.

Bu il idarə, müəssisə və təşkilatlarda çalışan 17 min nəfərin sanatoriyalarda istirahətə göndəriləcəyi proqnozlaşdırılır. Dövlət hesabına sanatoriyaya göndərişin 15 faizini işçilərin özləri, 85 faizini isə hökumət ödəyəcək. Həmkarlar İttifaqları Konfederasiyası sanatoriya və kurortlarda yay istirahəti ilə bağlı artıq sifarişlərin qəbuluna başlayıb.

Xəbər lenti

Xəbər lenti