...

Parlamentin İntizam Komissiyasının sədri: "Deputatalar Milli Məclisin yaz sessiyasında ciddi intizam pozuntularına yol verməyiblər"

Siyasət Materials 14 İyun 2007 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Deputatalar Milli Məclisin yaz sessiyasında ciddi intizam pozuntularına yol verməyiblər. Bu barədə cümə günü Bakıda Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Əbiyev məlumat verib.

Komissiya sədri vurğulayıb ki, yaz sessiyasında rast gəlinən yeganə intizam pozuntusu deputatlar Fəzail Ağamlı ilə Hüseyn Abdullayev arasında instendin baş verməsidir. Bundan başqa intizam pozuntusu olmayıb və heç kimə xəbərdarlıq edilməyib.

O qeyd edib ki, sessiya yüksək səviyyədə keçib, parlamenet bir sıra vacib qanunlar qəbul edib: "Hesab edirəm ki, bundan sonra da bu formada işləmək lazımdır".

Əbiyev deyib ki, bir neçə deputat Milli Məclisin iclaslarına qatılmasa da, onlara heç bir xəbərdarlaq edilməyib. Çünki onların iclaslara qatılmaması üzürlü səbəblərlə bağlıdır.

Qanunvericiliyə görə, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-də başa çatır. Lakin gündəlikdə bir sıra vacib qanun layihələri olduğuna görə, yaz sessiyasının müddəti uzadılıb. Sessiya iyunun 16-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti