...

ABŞ-ın raketəleyhinə müdafiə Agentliyinin rəhbəri: Qəbələ RLS-i İran tərəfdən gələn təhlükəni aradan qaldırmır

Siyasət Materials 15 İyun 2007 12:10 (UTC +04:00)
ABŞ-ın raketəleyhinə müdafiə Agentliyinin rəhbəri: Qəbələ RLS-i İran tərəfdən gələn təhlükəni aradan qaldırmır

ABŞ Rusiyanın Qəbələ RLS-nin birgə istifadəsinə dair təklifini qəbul etsə belə İran istiqamətindən raket təhlükəsi aradan götürülməyəcək. Bu fikir ABŞ-ın raketəleyhinə müdafiə Agentliyinin direktoru Henri Oberinqə (Henry Obering) məxsusdur.

"Əgər biz Rusiya ilə kompromisə getsək, yenə də İranın raket zərbəsi təhlükəsi ilə üz-üzə qalacağıq" - deyə Oberinq cümə günü "Yomiuri" qəzetində işıq üzü görən müsahibədə vurğulayıb.

Eyni zamanda o, Rusiya tərəfinin təklifini dostluq addımı kimi dəyərlənidirib.

Oberinqin sözlərinə görə, İranın uzaq məsafə üçün nəzərdə tutulan ballistik raketlərinin uçuş trayektoriyası öyrənilib və bunun əsasında Çexiyada RLS-i, Polşada isə onun istiqamət verdiyi raketləri yerləşdirmək qərara alınıb. Amerikalı hərbi ekspert belə bir sxemi optimal sayır. Müvafiq işlərin 2011-2013-ci illərdə yekunlaşdırılması planlaşdırılır.

"Biz Rusiyanın buna razılıq və icazə verməsini xahiş etmirik" - deyə Oberinq vurğulayıb.

Eyni zamanda Oberinq bildirib ki, ABŞ hazırda Qəbələ RLS-nin yaradılma mərhələsində olan PRO sisteminin elementi qismində istifadəsi imkanlarını öyrənir. Onun sözlərinə görə, Qəbələ RLS-i təhlükə mənbəyini izləyə bilir, lakin bu, müvafiq obyektin məhv edilməsi üçün kifayət deyil.

Eyni zamanda bu stansiya coğrafi baxımından İrana yaxın ərazidə yerləşir və bu üzdən raketin buraxılması zamanı informasiya mübadiləsi amerikalı hərbçilər üçün önəm kəsb edə bilər. ( RİA Novosti )

"Əgər Rusiya bizə qoşulsa və biz yaradılan PRO sistemindən birgə yararlana bilsək, bu, İran və Şimali Koreyanın ünvanına ciddi xəbərdarlıq olacaq - deyə Oberinq qeyd edib.

Vladimir Putin iyunun 7-də G8 sammiti çərçivəsində ABŞ prezidenti Corc Buşla görüşündə Amerikanın PRO sisteminin Avropada yerləşdirilməsi əvəzində Rusiyanın Azərbaycanda icarəyə götürdüyü Qəbələ RLS-dən birgə istifadəni təklif edib.

Putin qeyd edib ki, RLS-in birgə istifadəsi Rusiyanın raket komplekslərini Avropa sərhədləri yaxınlığında yerləşdirilməsi zəruriliyini aradan qaldıracaq. Öz növbəsində Buş bildirib ki, Rusiya ilə ABŞ hərbçi və diplomatların iştirakı ilə raketəlehyinə müdafiənin problemlərinə dair strateji dialoq aparmağı razılaşdırıblar.

Xəbər lenti

Xəbər lenti