...

Müxalifət partiyasının sədri: "Azərbaycandakı siyasi birliklərin konkret hədəfləri olmalıdır "

Siyasət Materials 18 İyun 2007 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Son zamanlar bir sıra müxalifət partiyaları arasında aparılan danışıqlarda prinsipsizlik var. Bu barədə müxalifətyönlü Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə açıqlama verib.

O qeyd edib ki, yeni birliyin yaradılması üçün əməkdaşlıq edən müxalifət partiyalarının konkret nə uğrunda mübarizə aparmaq istədikləri məlum deyil. Ümid Partiyasının sədrinə görə, Azərbaycanda mövcud olan bütün problemlər ümumilli xarakter daşıyır: "Buna görə də ümumilli problemlər ətrafında birləşmək anlayışı mücərrəd fikirlərdir. Siyasi birliklərin konkret hədəfləri olmalıdır"-deyə Ağazadə bildirib.

Ümid Partiyasının sədri əlavə edib ki, müxalifət partiyaları ilə bir çox məsələlərlə bağlı əməkdaşlığa hazırdır, yalnız bir məsələdən başqa: "Biz yalnız müxalifətin seçkilərdə vahid namizədlə iştirakı barədə müzakirələrdən imtina edəcəyik. Çünki Ümid Partiyasının prezident seçkilərində öz namizədi ilə iştirak etmək qərarı var".

Müxalifəti təmsil edən Ümid Pariyası 1993-cü ildə yaradılıb. 2002-ci ildə Vətəndaş Birliyi Partiyası (VBP) Ümid Pariyasına birləşib. VBP-nin sədri olmuş İqbal Ağazadə Ümid Partiyasına sədr seçilib. Ağazadə Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti