...

XİN başçısı: "İran Xəzərlə bağlı problemlərin sülh yolu ilə həllinin tərəfdarıdır"

Siyasət Materials 20 İyun 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Tehranın Xəzərlə bağlı siyasəti regional problemlərin sülh yolu ilə həllindən ibarətdir. Bunu çərşənbə günü Rusiya, Azərbaycan, Türkmənistan və Qazaxıstan XİN başçılarının görüşündə çıxış edən İran xarici işlər naziri Manuçehr Mottaki deyib.

"İran İslam Respublikası bütün Xəzəryanı dövlətlərə müraciət edərək Xəzəri dostluq və əməkdaşlıq dənizinə çevirməyi və uzunmüddətli problemləri nəzərdən keçirməyi xahiş edir" - deyə Mottaki bildirib.

İran KİV-lərinin məlumatına görə, Mottaki qeyd edib ki, Xəzər dənizinin hüquqi statusu üzrə əvvəlki anlaşmalar, konkret olaraq 1921 və 1940-ci illərdə SSRİ ilə İran arasında imzalanan sazişlər dənizin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı əsas rolunda çıxış edə bilər.

İran XİN başçısı həmçinin sahilyanı dövlətləri energetika sahəsində əməkdaşlığa dəvət edib və ölkəsinin enerji resurslarının ucuz, asan və təhlükəsiz nəqlində yardım göstərməyə hazır olduğunu deyib.

XİN başçılarının Tehran görüşündə həmçinin Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci sammitinə hazırlıqla bağlı məsələlərin razılaşdırılması planlaşdırılır.

Bu görüşdə Azərbaycanı XİN başçısı Elmar Məmmədyarov təmsil edir.

Xəbər lenti

Xəbər lenti