...

İstanbulda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü baş tutub

Siyasət Materials 25 İyun 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan və bu ölkənin prezidenti Əhməd Necdət Sezərlə ikitərəfli görüşlər keçirib. Bu barədə bazar ertəsi İstanbuldan telefonla Azərbaycanın İstanbuldakı baş konsulu və Azərbaycanın Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi Səyyad Salahlı məlumat verib.

Dünən İlham Əliyev QİƏT-in yubiley sammitində iştirak etmək üçün İstanbula gəlib.

Azərbaycan və Türkiyə rəhbərləri siyasi, iqtisadi və həmçinin mədəni sahələrdəki ikitərəfli əlaqələri müzakirə ediblər. Azərbaycan və Türkiyə arasında energetika sahəsində əməkdaşlıq məsələsinə xüsusi diqqət yetirilib.

Azərbaycan prezidenti həmçinin YUNİCEF-in icraçı direktoru Ann Venemanla da görüşüb.

Bu gün axşam QİƏT sammitinin keçirilməsi planlaşdırılıb. Tədbirlərin yekununda enerji təhlükəsizliyi sahəsində işçi qrupunun yaradılması gözlənilir. Sammitdə Qara dəniz hövzəsi ölkələrinin energetika, ticarət, nəqliyyat, ətraf mühitin mühafizəsi və cinayətkar birliklərlə mübarizə sahəsində qarşılıqlı fəaliyyət perspektivlərinin müzakirəsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti