...

ABŞ-ın Azərbaycandakı səfirliyində hesab edirlər ki, Putinin Qəbələ ilə bağlı təklifi Rusiyanın İran tərəfindən potensial təhlükəni təsdiq etdiyini göstərir

Siyasət Materials 25 İyun 2007 17:25 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyində hesab edirlər ki,  Putinin Qəbələ ilə bağlı təklifi Rusiyanın İran tərəfindən potensial təhlükəni təsdiq etdiyini göstərir

Azərbaycan, Bakı /müx. Trend A. Qasımova/ Rusiyanın ABŞ-ın Şərqi Avropada RƏMS yaratmaq planına cavab olaraq Qəbələ RLS-dən birgə istifadə ilə bağlı ABŞ-a etdiyi təklif göstərdi ki, Rusiya İran tərəfindən potensial təhlükəni təsdiq edir.

"ABŞ prezidenti C. Buş Putinin əməkdaşlıq haqqında təklifini yaxşı qarşıladı və biz şadıq ki, nəhayət, Rusiya bizim bu sahədə əməkdaşlıq etmək təklifimizi nəzərə aldı" - deyə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin rəhbəri Conatan Henik bildirib. Rusiya prezidenti Vladimir Putin Almaniyada keçirilən "Böyük səkkizliyin" sammitində ABŞ-ın Şərqi Avropada , xüsusilə Çexiya və Polşada raket əleyhinə müdafiə sistemi yaratmaq planına cavab olaraq ABŞ-a Rusiyanın Azərbaycanda icarəyə götürdüyü Qəbələ radiolokasiya stansiyasından birgə istifadə etmək barədə təklif irəli sürdü" - deyə o bildirib.

Bazar ertəsi Trend -ə müsahibəsində Henik bildirib ki, ABŞ Azərbaycan və Rusiya hökumətləri ilə birlikdə Qəbələ stansiyasının raket əleyhinə müdafiə sisteminə qoşulma məsələsini nəzərdən keçirir.

Henikin sözlərinə görə, prezident Buş qeyd edib ki, raket əleyhinə müdafiə sisteminin məqsədi hazırda açıq və şəffaf metodla müdafiə hesab olunur.

"ABŞ Avropa, Azərbaycan, Rusiya və ABŞ-ın İranın nüvə təhlükəsindən müdafiəsinə gətirib çıxaracaq razılığın inkişafı üçün əməkdaşlıq etmək niyyətindədir" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti