...

İran prezidentinin Azərbaycana səfəri zamanı çoxsaylı sazişlər imzalanacaq

Siyasət Materials 25 İyun 2007 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfəri zamanı iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələri əhatə edən xeyli sayla saziş imzalanacaq. Bu barədə bazar ertəsi İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zaren məlumat verib.

Səfir qeyd edib ki, imzalanacaq sazişləri hazırlamaq üçün İran-Azərbaycan hökumətlərarası işçi qrupları qarşılıqlı səfərlər edəcək və bundan sonra saziş layihələri hazır olacaq.

Səfir İranla Azəraycan arasında viza rejiminin ləğv olunması məsələsinə də toxunub. Bildirib ki, İran tərəfi iki ölkə arasında viza rejimini ləğv etməyə hazırdır və bu gün də eyni mövqedə qalır: "Hesab edirk ki, bu, faydalı bir addım olardı. Azərbaycan tərəfi vizasız gediş-gəlişi Naxçıvanda sınaqdan keçirir. Ümid edirk ki, bu sınaq başa çatdıqdan sonra Azərbaycan viza rejimini ləğv etməyə hazır olduğunu bəyan edəcək və bununla bağlı saziş imzalanacaq"-deyə İran diplomatı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti