...

Yaxın beş ildə Bakı radar və monitorlarla təmin olunacaq

Siyasət Materials 26 İyun 2007 16:18 (UTC +04:00)

Azərbaycan. Bərdə / Trend , müxbir Ş. Cəliloğlu/ Azərbaycanda son altı ay ərzində cinayyətkarılığın sayı, o cümlədən ölüm hadisələri 20% azalıb. Bu bəyanatla çərşənbə axşamı Bərdədə daxili işlər naziri Ramil Usubov çıxış edib.

Nazirin sözlərinə görə, yaxın beş ildə Bakı şəhəri tam radar və monitorlarla təmin olunacaq. Artıq şəhərin 18 küçə və meydanında monitor yerləşdirilib.

Usubov bildirib ki, son altı ayda Azərbaycanda yol-nəqliyyat hadisələri xeyli artıb. Buna səbəb, əsasən sürücülərin avtomaşını sərxoş vəziyyətdə və yüksək sürətlə idarə etməsidir. Bunun qarşısını almaq üçun kompleks şəkildə bir neçə istiqamətdə işlər aparılır, deyə nazir əlavə edib .

Usubov hesab edir ki, yol-nəqliyyat hadisələrinin sayının azaldılması üçün sürücülərə keyfiyyətli təhsil verilməli, Avropa ölkələrində olduğu kimi Azərbaycanda da sürücülərə tətbiq olunan cəza sanksiyalarının məbləği artırılmalı, yollar abadılaşdırılmalı və genişləqdirilməlidir.

Bərdə paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti