...

Milli Məclisin Komissiya sədri: "Bəzi icra hakimiyyətləri bələdiyyələrə təzyiq göstərirlər"

Siyasət Materials 27 İyun 2007 16:29 (UTC +04:00)
Milli Məclisin Komissiya sədri: "Bəzi icra hakimiyyətləri bələdiyyələrə təzyiq göstərirlər"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda özünüidarə orqanları olan bələdiyyələr bəzi icra hakimiyyətlərinin təzyiqlərinə məruz qalırlar. Bu barədə Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə çərşənbə günü keçirilən bələdiyyələrin ümumrespublika toplantısında açıqlama verib.

Rəhimzadə bildirib ki, icra strukturlarının bələdiyyələrin işinə müdaxiləsi və təzyiqləri dövlətin bələdiyyələrlə bağlı konsepsiyasına ziddir. O, icra hakimiyyətlərinin bələdiyyələrə təzyiq göstərməsi hallarının qarşısının alınmasının vacibliyini vurğulayıb.

Rəhimzadə onu da deyib ki, Milli Məclisin Regional məsələlər daimi komissiyasında bələdiyyə qulluqçularının sosial rifah halının yaxşılaşdırılmasını nəzərdə tutan qanun layihəsi hazırlanır. Komissiya sədrinin sözlərinə görə, bu qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Rəhimzadə onu da bildirib ki, bələdiyyələrin balansında olan torpaqlardan 2005-ci ildə 4,9 milyon, 2006-cı ildə 5,1 milyon manat (köhnə pulla) vergi yığılıb.

Xəbər lenti

Xəbər lenti