...

Azərbaycan Liberal Demokrat Partiyasının rəhbəri bu adın mənimsənilməsinə etiraz edir

Siyasət Materials 28 İyun 2007 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bu partiyanın adından istifadə olunmasına etiraz edir. Bu barədə Fuad Əliyev açıqlama verib.

Qeyd edək ki, Valeh İbadovun rəhbrlik etdiyi Azərbaycan Liberal Demokrat Partiyası cümə axşamı "Azərbaycan yolu" Siyasi Hərəkatına qoşulduğunu bəyan edib.

Qeyd edək ki, ALDP 1999-cu ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra 2001-ci ildə ALDP ikiyə bölündü. Valeh İbadov və Fuad Əliyev hər ikisi ALDP adına iddia edirlər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb.

Fuad Əliyev bildirib ki, Ədliyyə Nazirliyi, Ali Məhkəmə tərəfindən onun partiyasını legitim ALDP kimi tanındığı üçün başqa partiyanın bu ada iddia etməyə haqqı yoxdur. O, "Azərbaycan yolu" Siyasi Hərəkatına qoşulmadıqlarını və bu qurumla yaxın gələcəkdə də əməkdaşlıq etməyəcəklərini deyib.

Əliyevin sözlərinə görə, ALDP-nin gələn ilin əvvəlində qurultayı keçiriləcək və bu qurultaya qədər heç bir quruma, bloka qoşulmamaq barədə qərarları var.

Əliyev qeyd edib ki, "Azərbaycan yolu" Siyasi Hərəkatına qoşulan digər partiyanın ALDP adından təqdim olunması cəmiyyətdə çaşqınlıq yaradır.

Xəbər lenti

Xəbər lenti