...

Azərbaycan prezidenti ABŞ Konqresinin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 3 İyul 2007 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Prezident Sarayında ABŞ Konqresinin Nümayəndələr Palatasının nəzarət və hökumət islahatları Komitəsinin milli təhlükəsizlik və xarici əlaqələr üzrə alt komitəsinin sədri Con Tierninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycana ilk dəfə səfər etdiyini deyən Tierni ölkədə böyük quruculuq işlərinin aparılmasının şahidi olduğunu deyib. Qonaq prezident Əliyevin keçən il ABŞ-a rəsmi səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. Prezident Əliyev Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı Azərbaycanın son dövrlərdə bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə böyük nailiyyətlər qazandığını, ölkədə mühüm inkişaf proseslərinin getdiyini vurğulayıb. Azərbaycan prezidenti ölkələr arasında əməkdaşlığın daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini dilə gətirib.

Xəbər lenti

Xəbər lenti