...

Müsavat Partiyasının başqanı Norveç səfiri ilə prezident seçkilərini müzakirə edib

Siyasət Materials 5 İyul 2007 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyasının başqanı İsa Qəmbər cümə axşamı Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Con Ramberqlə görüş keçirib. Görüşdə əsasən Norveç-Azərbaycan ikitərəfli əlaqələri, Azərbaycandakı ictimai-siyasi vəziyyət, qarşıdan gələn prezident seçkiləri və mətbuatın bugünkü durumu müzakirə edilib. Səfir ölkəsinin Azərbaycanda demokratik seçkilərin tərəfdarı olduğunu deyib.

Tərəflər əlaqələrin bundan sonra da davam etdirilməsinin məqsədəuyğun olduğunu bildiriblər.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti