...

Polşanın milli müdafiə naziri: "Rusiyanın RMS-lə bağlı ABŞ-a təklifləri real deyil"

Siyasət Materials 11 İyul 2007 15:26 (UTC +04:00)
Polşanın milli müdafiə naziri: "Rusiyanın RMS-lə bağlı ABŞ-a təklifləri real deyil"

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Polşanın milli müdafiə naziri hesab edir ki, Rusiyanın ABŞ-a Azərbaycanda Qəbələ RLS-də və Armavirdə əməkdaşlıq üzrə təklifləri qeyri-realdır və həyata keçirilməsi mümkün deyil.

"Rusiyanın təklifi o təkliflər sırasındandır ki, Putin əvvəlcədən onların qeyri-real və həyata keçirilməsi mükün olmayan olduğunu bilir" - deyə Polşanın milli müdafiə naziri Aleksandr Şiqlo çərşənbə günü nəşr olunmuş "Nezavisimaya qazeta"ya müsahibəsində bildirib.

İyunun əvvəlində Almaniyada "Böyük səkkzilər"in sammitində Putin Amerikanın raketdən müdafiə sistemi yaratmaq məqsədi ilə Şərqi Avropada, xüsusilə də Polşa və Çexiyada RLS quraşdırmaq planına cavab olaraq ABŞ-a Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ RLS-i birgə istifadə etməyi təklif edib. RF prezidenti bildirib ki, Qəbələ RLS düşmən raketini müəyyən etməyə, izləməyə və uçuşun ilkin sürətində məhv etməyə imkan verir.

Polşalı nazirin fikrincə, Moskvanın təklifi "Böyük səkkizlər"in toplantısında prezident Buşu gözlənilmədən tutmalı idi və Qərbi Avropada təbliğatçılıq təsirinə hesablanmışdı. O bildirib ki, Putinin təklifi texniki cəhətdən öncədən nəzərdə tutulmayan ölkələrə qarşı RMS sistemi konsepsiyasına uyğun deyil. Şiqlo bazaların yerləşəcəyi yeri deməkdən imtina edib və bütün bunların danışıqlar mövzusu olduğunu bəyan edib. "Hələ ki danışıqlar başa çatmayıb, bu barədə danışmağın mənası yoxdur. Biz qurğuları quraşdırmaq üçün bir neçə potensial yer nəzərdə tutmuşuq" - deyə nazir bildirib.

Bazar ertəsi ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Stiven Mall Vaşinqtonun çex və polşalı müttəfiqlərlə planların əvəzinə Qəbələ RLS-i istifadə etməsini məqbul etmədiyini bəyan edib.

Prezidentlər Putin və Buşun təşəbbüsü üzrə RMS üzrə amerikalı və rus ekspertlərinin danışıqları iyulun sonuna təyin olunub.

Xəbər lenti

Xəbər lenti