Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Yardımlı rayonunda külli miqdarda narkotik maddə aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəisi Füzuli Şıxəliyev Trend in bölgə müxbirinə bildirib ki, Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun dağ yamacında yabanı şəkildə bitən 20 tondan artıq xaş-xaş aşkarlanıb. Aşkarlanan narkotik maddə məhv edilib.
Şıxəliyev bildirib ki, narkotik maddə yabanı şəkildə aşkarlandığından faktla bağlı cinayət işi açılmayıb.
Yardımlı paytaxt Bakıdan 250 kilometr cənubda yerləşir.