...

Azərbaycan Diplomatiya Akademiyası beynəlxalq treninq keçirəcək

Siyasət Materials 18 İyul 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Azərbaycan Diplomatiya Akademiyası 23-29 iyul tarixlərində Bakıda beynəlxalq treninq keçirəcək.

30 nəfərin iştirak edəcəyi treninq sahilboyu "Crescent Beach" mehmanxanasında keçiriləcək. Bu barədə çərşənbə günü Diplomatiya Akademiyasından məlumat verilib.

Treninq Avropa Birliyinin fəaliyyətinin siyasi və hüquqi aspektlərinə həsr olunacaq. Diplomatiya akademiyasından qeyd ediblər ki, treninqlərdə Türkiyə, Gürcüstan və bir sıra region və Avropa ölkələrindən xarici işlər nazirlikləri və digər dövlət müəssisələrinin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti